01:40
7°C
Bakı
Ermənistanda məhkəmə iş adamı Samvel Karapetyan barəsində həbs qətimkan tədbirini dəyişib.
Moderator.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Armen Feroyan təsdiqləyib.
Karapetyan girov qarşılığında istintaq təcridxanasından ev dustaqlığına köçürüləcək.
Xatırladaq ki, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan iyun ayında ruhanilər və hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilib.
Karapetyan özü ittihamları rədd edib və hökumətin hərəkətlərini siyasi təzyiq adlandırıb.