Bolqarıstan 2026-cı ildə öz pul vahidindən imtina edəcək
Dünya
330
30 Dec 2025 | 20:20

Bolqarıstan 2026-cı ildə öz pul vahidindən imtina edəcək

Yanvarın 1-də Bolqarıstan ölkənin pul vahidi olan levdən imtina edəcək və avrozonaya qoşulan 21-ci ölkə olacaq.

Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verilib.

Bu, Sofiyanın inflyasiyanın səviyyəsi, büdcə kəsiri, uzunmüddətli borclanmanın dəyəri və valyuta məzənnəsinin sabitliyi ilə bağlı bütün rəsmi şərtləri yerinə yetirməsindən sonra baş verib.

Qeyd edilir ki, Bolqarıstanın avroya keçməsi bu valyutadan istifadə edən avropalıların sayını 350 milyondan çox artıracaq.

Lakin bolqarlar arasında levdən imtina ilə bağlı yekdil fikir yoxdur. Biznes sahəsi ümumilikdə qarşıdan gələn dəyişiklikləri dəstəkləyir. Eyni zamanda, əhalinin bir hissəsi hesab edir ki, Avropa İttifaqı tənəzzülə və parçalanmaya doğru gedir, deməli, avroya keçid faydadan daha çox problem gətirəcək.

Bəzi siyasi analitiklər bildiriblər ki, avronun təşviqi kampaniyası zəif olub və yaşlı insanlar, xüsusən də ucqar ərazilərdə yaşayanlar buna uyğunlaşmaqda çətinlik çəkəcəklər. Bundan əlavə, keçid sabit və işləyən hökumətin olmaması səbəbindən çətinləşə bilər.

Qeyd edək ki, bu ilin fevral ayının sonunda Bolqarıstanda levin saxlanılması ilə bağlı referendum üçün imzalar toplanıb. Bunun təşəbbüskarı kimi Bolqarıstanın "Dirçəliş" müxalifət partiyası çıxış edib. Partiya nümayəndələri bildiriblər ki, bolqarların təxminən 80 faizi levi saxlamaq istəyir, çünki avronun tətbiqindən adi vətəndaşlar deyil, yalnız elita fayda görəcək.

Link kopyalandı!
Son xəbərlər