Yaponiyanın Baş naziri Sanaye Takaiti özünün "kabuslarla" dolu rəsmi iqamətgahına köçüb.
Moderator.az xəbər verir ki, məlumatı CBS yayıb.
"Yaponiyanın baş naziri Sanaye Takaiti rəsmi bu iqamətgaha köçdükdən sonra yatmaqda çətinlik çəkə bilər. Çünki şayiələrə görə, burada bir əsr əvvəlki yapon əsgərlərin ruhları dolaşır" - xəbərdə bildirilir.
Siyasətçi ora bazar ertəsi, dekabrın 29-da köçüb. Malikanə onun Tokionun mərkəzindəki ofisinin yanında yerləşir. Takaiti əvvəllər məmurlar üçün nəzərdə tutulan xüsusi yataqxanada yaşayırmış.
Tarixə görə, 1930-cu illərdə bu iqamətgahda iki dəfə çevriliş cəhdi olub. Hər iki prosesdə hökumətin hərəkətindən narazı qalan gənc hərbi qulluqçular malikanəyə hücum ediblər. Baş nazir də daxil olmaqla bir neçə yüksək vəzifəli siyasətçi və ora hücum etmiş əsgərlər orada qətlə yetiriliblər. Bu cür səs-küylü hadisələrə görə yaponlar arasında malikanədə hələ də həlak olmuş əsgərlərin ruhlarının dolaşdığı barədə şayiələr gəzir.
(Oxu.az)