İran rəsmisi:
Dünya
311
11:01, Bu gün

İran rəsmisi: "İstənilən hücuma sərt və dərhal cavab veriləcək"

"İranın müdafiə doktrinasında mümkün təhdidlərə qarşı cavablar əvvəlcədən müəyyən edilib".
 
Moderator.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani sosial şəbəkə hesabında yazıb.
 
Şəmxani ABŞ Prezidenti Donald Trampın açıqlamasına cavab olaraq "X" hesabında yazıb:
 
"İranın raket və müdafiə qabiliyyətləri nə idarəolunandır, nə də hər hansı icazə tələb edir. İstənilən hücuma bu planı hazırlayanların təsəvvüründən kənara çıxan sərt və dərhal cavab veriləcək".
 
Qeyd edək ki, ABŞ Prezidenti Doland Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib ki, İran raketlər və nüvə proqramı üzərində işləməyə davam edərsə, ciddi reaksiyalarla üzləşə bilər.
Link kopyalandı!
Son xəbərlər