Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl Şaraa keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin şəkillərinin əvəzinə, üzərində çiçəklər, portağal və zeytun təsvirləri olan yeni əsginasların dizaynını təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Prezident ölkədə yeni əsginasların tətbiqinin denominasiya ilə əlaqəli olduğunu və bunun Suriya üçün bir dövrün sonunu və yeni mərhələnin başlanğıcını ehtiva etdiyini bildirib.
O qeyd edib ki, tut, portağal, zeytun, sünbüllərdən ibarət yeni təsvirlər Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq məqsədi daşıyır.
Dəyişiklikdən əvvəl 2000 funtda Bəşər Əsədin, 1000 funt əsginasda isə atasının şəkilləri var idi. Qalan pul vahidlərinin üzərində isə Suriyanın mədəni irsinə aid məkanların təsvirləri olub.