Məsud Pezeşkian İrandakı çətin iqtisadi vəziyyətdən danışıb
Dünya
641
29 Dec 2025 | 23:57

Məsud Pezeşkian İrandakı çətin iqtisadi vəziyyətdən danışıb

Xalqa xidmət etməyə gəlmişəm və əgər məsuliyyət mənim üzərimdədirsə, problemi həll etməliyəm.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.

Pezeşkian vurğulayıb ki, bütün vətəndaşların problemləri həll olunmalıdır: "Allah imkan verməz ki, kimsə cəmiyyətdə ac və yoxsul qalsın. Biz də buna laqeyd olmamalıyıq".

"Xalqa xidmət edə bilmirəmsə, vəzifədə olmamalıyam", - Pezeşkian deyib.

Xatırladaq ki, İranda İsraillə 12 günlük savaşdan sonra iqtisadi vəziyyət gərginləşib. Digər səbəb müharibəyə görə nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının dayandırılımasıdır. Belə ki, bundan sonra Tehran Qərbin sanksiyaları ilə daha çox üzləşir. Bütün bunların fonunda dekabrın 28-i İranda, xüsusən də paytaxt Tehranda bazarda çalışanların etiraz aksiyası başlayıb və nümayişlər iki gündür davam edir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmaların baş verdiyinə dair məlumatlar da var. Lakin ölən, xəsarət alan, yaxud saxlanılanlar barədə məlumat verilmir.

Link kopyalandı!
Son xəbərlər