Tramp: Türkiyə qoşunlarının Qəzzada yerləşdirilməsi yaxşı qərar olardı
Dünya
337
29 Dec 2025 | 23:55

Tramp: Türkiyə qoşunlarının Qəzzada yerləşdirilməsi yaxşı qərar olardı

ABŞ Prezidenti Donald Tramp sülhməramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda türkiyəli hərbçilərin yerləşdirilməsini məqsədəuyğun hesab edir.

Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə danışıb.

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin əla olduğunu vurğulayıb.

"Biz bunu müzakirə edəcəyik, düşünürəm ki, yaxşıdır... Türkiyə əla olub və mənim fikrimcə, o, (Ərdoğan - red.) əladır. Mənim üçün o, həmişə çox yaxşı (lider - red.) olub", - deyə Vaşinqton administrasiyasının rəhbəri Fələstin anklavında sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibət bildirərkən bildirib.

Link kopyalandı!
Son xəbərlər