Bosniya və Herseqovinada çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi
Dünya
406
29 Dec 2025 | 22:00

Bosniya və Herseqovinada çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi

Bosniya və Herseqovinanın Nazirlər Şurası çətənənin (kannabis) tibbi məqsədlərlə istifadəsinə icazə verən qərar qəbul edib.

Moderator.az bu barədə "Vijesti" portalına istinadən xəbər verir.

Hökumətin qərarına əsasən, çətənə maddəsi qəti qadağan olunan 1-ci qrupdan, istifadəsinə ciddi nəzarət altında və tibbi məqsədlərlə icazə verilən 2-ci qrupa keçirilib.

Qeyd edək ki, bu qrupa artıq uzun illərdir səhiyyə sistemində istifadə olunan tiryək və morfin kimi maddələr daxildir.

Link kopyalandı!
Son xəbərlər