Almaniya hökuməti bu il yanvarın 1-dən dekabrın 8-dək olan müddətdə Türkiyəyə 8,4 milyard avro dəyərində silah-sursat ixracına razılıq verib.
Moderator.az xəbər verir ki, bu barədə “Doyç Velle” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu, rekord göstəricilərin qeydə alındığı son iki ildəki rəqəmlərdən xeyli azdır. Almaniyanın Türkiyəyə müdafiə sənayesi məhsulları ixracı 2023-cü ildə 12,15 milyard, 2024-cü ildə isə 13,33 milyard avro təşkil edib.
Ümumi ixrac həcminin 5,39 milyard avroluq hissəsi may ayında iqtidara gələn yeni hökumət tərəfindən reallaşdırılıb. Yeni hökumətin ixraca razılıq verdiyi ölkələr arasında ilk sıralarda Norveç (1,31 milyard), Türkiyə (726 milyon euro) və Ukrayna (483 milyon avro) yer alıb.
Ümumilikdə Almaniyanın ixrac məhsullarının 60 faizini silahlar təşkil edib.