Türkiyə Nigerlə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Dünya
394
29 Dec 2025 | 21:50

Türkiyə Nigerlə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla nigerli həmkarı Abdurrahman Tçiani arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ərdoğan həmkarına iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib və Türkiyənin hər zaman Nigerin yanında olacağını vurğulayıb.

"Prezident Ərdoğan Türkiyənin iki ölkə arasında enerji, mədən sənayesi və müdafiə başda olmaqla, bir çox sahədə güclü əməkdaşlığı dərinləşdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib", - məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər