Tramp və Putin arasında telefon danışığı olub
Dünya
248
20:58, Bu gün

Tramp və Putin arasında telefon danışığı olub

"ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı telefon danışığı aparıb".

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" sosial şəbəkə hesabında bildirib.

Öz növbəsində, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışığın baş tutduğunu təsdiqləyib və bildirib ki, Tramp və söhbətdə iştirak edən onun əsas müşavirləri Mar-a-Laqoda Ukrayna nümayəndə heyəti ilə dünən keçirilmiş danışıqların əsas nəticələri barədə ətraflı məlumat veriblər.

Uşakovun sözlərinə görə, Putin Ukrayna ordusunun Rusiyanın Novqorod vilayətindəki prezident iqamətgahına dron hücumu barədə məlumatı Trampın diqqətinə çatdırıb.

"Tramp bu xəbərdən şoka düşüb və qəzəblənib. O, bu cür ağılsız hərəkətləri təsəvvür belə edə bilməyəcəyini deyib", - Uşakov vurğulayıb.

Söhbət zamanı Vladimir Putin ABŞ prezidentinə Kiyevin iqamətgaha hücumunun cavabsız qalmayacağını bildirib. Tramp isə öz növbəsində Rusiya prezidentinin iqamətgahına dron hücumunun Ağ Evin Zelenskiyə yanaşmasına təsir edəcəyini qeyd edib.

Həmçinin, Putin həmkarına Rusiyanın sülhə nail olma yollarının tapılması üçün ABŞ ilə sıx və məhsuldar şəkildə işləmək niyyətində olduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər