Lavrov:
Dünya
186
20:50, Bu gün

Lavrov: "Ukrayna ordusu Putinin iqamətgahına hücum cəhdi edib"

"Ukrayna ordusu dekabrın 29-a keçən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dronlarla hücum cəhdi edib".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı Kiyev 91 uzaqmənzilli drondan istifadə edib.

"Bütün pilotsuz uçuş aparatları Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib", - deyə Lavrov bildirib.

Xarici işlər naziri vurğulayıb ki, Ukraynanın hərəkətləri cavabsız qalmayacaq: "Cavab zərbələri üçün hədəflər və onların vaxtı müəyyən edilib".

Nazir qeyd edib ki, Ukraynanın prezident iqamətgahına hücumundan sonra Rusiyanın sülh danışıqlarındakı mövqeyinə yenidən baxılacaq, lakin Moskva bu danışıqlardan geri çəkilməyi planlaşdırmır.

Link kopyalandı!
Son xəbərlər