21:58
3°C
Bakı
Türkiyədə İstanbul Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində "HaberTürk" telekanalının keçmiş baş direktoru, jurnalist Veysi Ateş və sosial media fenomeni Taner Çağlı məhkəmə tərəfindən həbs ediliblər.
Moderator.az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.
Eyni iş üzrə saxlanılmış iş adamı Mustafa Karataş isə sərbəst buraxılıb. Qeyd edək ki, Ateş və Çağlı dekabrın 28-də keçirilmiş əməliyyat zamanı saxlanılmışdılar.
Qeyd edək ki, sözügedən əməliyyat çərçivəsində bu günə kimi həbs edilənlərin sayı 25 nəfərə çatıb.