Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın Rusiya prezidentinin rezidensiyasına hücum cəhdindən sonra ölkənin danışıqlardakı mövqeyi yenidən nəzərdən keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Onun sözlərinə görə, 29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiya liderinin Novqorod vilayətindəki rezidensiyasına 91 pilotsuz uçuş aparatı ilə hücuma cəhd göstərib, lakin onların hamısı ələ keçirilib və məhv edilib.
"Bu, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə intensiv danışıqlar fonunda həyata keçirilib. Bu cür düşünülməmiş addımlar cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və onların vaxtı Rusiya Silahlı Qüvvələri tərəfindən müəyyən edilib", - Lavrov qeyd edib.
Nazir əlavə edib ki, Rusiya ABŞ ilə danışıqlarda iştirakını davam etdirir, lakin Kiyevin son addımları ilə əlaqədar ölkənin danışıqlardakı mövqeləri yenidən nəzərdən keçiriləcək.