22:31
3°C
Bakı
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhənin müxtəlif istiqamətlərində iki yeni yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü elan edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, V. Gerasimov Rusiya Prezidenti Vladimir Putinə hərbi əməliyyatların gedişi ilə bağlı məruzə edərkən Donetsk vilayətindəki Dibrova və Xarkov vilayətindəki Boquslavka kəndlərinin nəzarətə götürüldüyünü bildirib.
Baş Qərargah rəisi qeyd edib ki, sözügedən yaşayış məntəqələrinin nəzarətə götürülməsi prosesi bu gün tam başa çatıb.