Beyons milyarder oldu – Müğənni ərinin də olduğu siyahıya qoşuldu
Dünya
824
18:37, Bu gün

Beyons milyarder oldu – Müğənni ərinin də olduğu siyahıya qoşuldu

Amerikalı pop ulduzu Beyons (Beyons Jizel Noulz-Karter) sərvəti 1 milyard dolları keçən beşinci musiqi ifaçısı olub.

Moderator.az “Forbes”ə istinadən xəbər verir ki, Beyonsun 2023-cü ildə keçirdiyi “The Renaissance” dünya turu təxminən 600 milyon dollar gəlir gətirib. Bundan əlavə, müğənninin 2024-cü ildə təqdim etdiyi “Cowboy Carter” albomu ona yeni kommersiya imkanları açıb.

Jurnal yazır ki, Beyonse milyarderlər klubuna daxil olan nadir musiqiçilər sırasına qoşulub. O, bu siyahıda həyat yoldaşı Jay-Z, həmçinin Teylor Svift, Brüs Sprinqstin və Rihanna ilə bir sırada yer alır.

Link kopyalandı!
Son xəbərlər