Maskı Trampa qarşı  partiya yaratmaqdan çəkindirən şəxs kimdir?
Dünya
767
18:07, Bu gün

Maskı Trampa qarşı  partiya yaratmaqdan çəkindirən şəxs kimdir?

Biznesmen İlon Mask ABŞ-də öz partiyasını yaratmaq fikrindən vitse-prezident Cey Di Vensin təsiri altında imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington" Post mənbələrə istinadən bildirib.

Dünyanın, demək olar ki, məhdudiyyətsiz resurslara malik olan ən zəngin adamının respublikaçıları parçalaya və demokratların qələbəsini təmin edə biləcək partiya yaratmaq niyyəti ABŞ-də sağçıları şoka salmış və Ağ Evi narahat etmişdi.

Bu səbəbdən də, C.D.Vens sahibkar İ.Maskı öz partiyasını yaratmaq planlarından imtina etməyə çağırıb.

Nəticədə, biznesmen partiya yaratmaq fikrindən imtina edərək, noyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə verilən şam yeməyində Ağ Evdə görünüb, mühafizəkar Çarli Kirkin öldürülməsi isə Maskı aralıq seçkidə Respublikaçılar Partiyasının kampaniyalarını dəstəkləməyə təhrik edib.

Link kopyalandı!
Son xəbərlər