19:15
3°C
Bakı
İki illik rekord ixracdan sonra Almaniya hökuməti 2025-ci ildə Ukraynaya hərbi texnika və silahların təsdiqlənmiş ixrac lisenziyalarının sayını əhəmiyyətli dərəcədə azaldıb.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb.
Məlumata görə, 2025-ci il yanvarın 1-dən dekabrın 8-dək Almaniya hökuməti ümumi dəyəri 8.4 milyard avro olan ixrac lisenziyaları verib. Təsdiqlənmiş ixracın həcmi əvvəlki iki illə müqayisədə xeyli azalıb: 2024-cü ildə 13.33 milyard avro, 2023-cü ildə isə 12.15 milyard avro olub.
Ən əhəmiyyətli azalma birbaşa Ukrayna üçün nəzərdə tutulan silahlara təsir göstərib. Bu cür lisenziyaların dəyəri 1.14 milyard avro təşkil edib. Müqayisə üçün, bu rəqəm 2024-cü il üçün 8.15 milyard avro olub.