Masonlar London polisini məhkəməyə verdilər
Dünya
189
16:55, Bu gün

Masonlar London polisini məhkəməyə verdilər

Britaniya masonları London polisini, məhkəməyə veriblər.

Moderator.az xəbər verir ki, məlumatı "The Guardian" məhkəmə sənədlərinə istinadən yayıb.

Onlar polis əməkdaşlarını özlərinin mason lojasına üzvlük haqqında məlumatları açıqlamağa məcbur edən yeni qaydaya etiraz edirlər.

Masonlar iddia edirlər ki, London polisinin siyasəti onlara qarşı "dini ayrı-seçkiliyə" bərabərdir, çünki lojanın bəzi üzvləri, eyni zamanda, polis əməkdaşlarıdır. Onlar, həmçinin qeyd ediblər ki, bu cür tədbirlər insan hüquqlarını pozur.

Loja üzvləri London polisinin rəhbəri Mark Roulinin "ağlına gələn qanunları uydurduğunu" bildiriblər və polisi mason təsiri barədə "sui-qəsd nəzəriyyələrini yaymaqda" günahlandırıblar.

Qeyd edək ki, dekabrda London polisi yeni qayda elan edib və bu qaydaya əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən "iyerarxik təşkilatda" üzvlükləri barədə məlumat verməlidirlər.

Link kopyalandı!
Son xəbərlər