Polşa HHM sistemləri istehsalına təxminən 90 milyon dollar ayıracaq
Dünya
178
16:49, Bu gün

Polşa HHM sistemləri istehsalına təxminən 90 milyon dollar ayıracaq

Polşa kapital investisiyaları fondu Tarnuvski mexaniki zavoduna hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalını təşkil etmək üçün 310 milyon zlota (təxminən 87 milyon dollar) ayırıb.

Moderator.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müəssisə HHM sistemlərini təkcə ölkə ordusunun ehtiyacları üçün deyil, həm də NATO üzvü olan müttəfiq ölkələr üçün də istehsal edəcək.

"Tarnuvski mexaniki zavod yalnız ayrı-ayrı komponentlərin deyil, həm də tam hazır hava hücumundan müdafiə sistemlərinin istehsalçısına çevrilir. Söhbət zenit, raket əleyhinə və pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan sistemlərdən gedir", - milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

Layihə şirkətə nizamnamə kapitalının artırılması hesabına 310 milyon zlota vəsaitin yatırılmasını nəzərdə tutur. Bu vəsaitlər, xüsusilə, tədqiqatlara, infrastruktura və avadanlıqlara yönəldiləcək. İlin sonunadək təxminən 200 milyon zlota, 2026-cı ilin əvvəlində isə 100 milyon zlotadan çox vəsait ayrılacaq.

İnvestisiyalara, həmçinin təxminən 8 min kvadratmetr sahəsi olan yeni istehsal sexinin inşası və 200 dəzgahın alınması da daxildir.

Link kopyalandı!
Son xəbərlər