19:13
3°C
Bakı
Məşhur fransız aktrisası Bricit Bardo cənubi Fransadakı villasının bağında dəfn ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə onun rəfiqəsi, jurnalist Vendi Buşar "Franceinfo" radiosunun efirində məlumat verib.
"O, dəniz kənarındakı bağda dəfn olunacaq. Bricit belə istəyirdi və onun istəyi yerinə yetiriləcək", - deyə V.Buşar bildirib.
Mərhumun vəsiyyətinə görə, dəfn mərasimi sadə və təvazökar olacaq.
B.Bardo dekabrın 28-də 91 yaşında vəfat edib. Bu barədə onun adını daşıyan fond məlumat verib. Fransanın BFMTV kanalı fondun bəyanatına istinad edərək Bardonu "kino ikonu" adlandırıb.