Miqrant qayığı batdı - Ölənlər və itkin düşənlər var
Dünya
123
16:05, Bu gün

Miqrant qayığı batdı - Ölənlər və itkin düşənlər var

Dekabrın 29-da, səhər Yunanıstanın Samos adası yaxınlığında miqrantları daşıyan qayıq batıb, nəticədə bir qadın həlak olub, daha üç miqrant isə itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" yerli mətbuata istinadən məlumat yayıb.

Xilasedicilərin məlumatına görə, 26 miqrant artıq Petalides bölgəsində adaya çıxıb və qalan sərnişinlərin hələ də dənizdə olduğunu bildiriblər.

Faciə yerində sahil mühafizəsi gəmisi, helikopter, özəl qayıq və yerüstü heyətin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.

Link kopyalandı!
Son xəbərlər