Şimali Koreya uzaqmənzilli strateji raket təlimləri keçirib
Dünya
720
12:56, Bu gün

Şimali Koreya uzaqmənzilli strateji raket təlimləri keçirib

Dekabrın 28-də Şimali Koreya Qərb dənizində uzaqmənzilli qanadlı raket sınaqları keçirib.

Moderator.az xəbər verir ki, məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

Şimali Koreya lideri Kim Çen In təlimləri izləyib.

Uzaqmənzilli raket təlimləri bölmələrin döyüş qabiliyyətini və əks-hücuma hazırlığını yoxlamaq məqsədi daşıyır. Şimali Koreyanın raket ekipajları manevr və atəş missiyalarını həyata keçirib. Təlimlərdə bu strateji silah sisteminin etibarlılığı da yoxlanılıb.

Uzaqmənzilli qanadlı raketlər əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə buraxılıb. Onlar 10.199 və 10.203 saniyəyə hədəfə çatıblar.

Kim Çen In vurğulayıb ki, sınaqlar Şimali Koreyanın strateji qüvvələrinin və döyüş hazırlığının yüksək səviyyədə olduğu təsdiqləyib. O, təhdidlərin qarşısını almaq üçün ölkənin nüvə potensialının müntəzəm sınaqdan keçirilməsinin vacibliyini qeyd edib və bildirib ki, bu qüvvələrin gücləndirilməsi davam etdiriləcək.

Link kopyalandı!
Son xəbərlər