12:56
10°C
Bakı
Əvvəllər Ukrayna müharibəsində iştirak edən eşşək Jorik Moskva Zooparkında məskunlaşıb.
Bu barədə zooparkın “Telegram” kanalında məlumat verilib.
Qeyd olunur ki, Jorik döyüş zonasında 1430-cu Qvardiya Alayında "xidmət" göstərib. Onun vəzifəsi artilleriya mərmilərinin çatdırmaq və ev işlərinə kömək etmək olub.
Bölmənin yenidən yerləşdirilməsindən sonra eşşəyin "tərxis olunması" qərarı verilib və Moskva zooparkı onu qəbul edib.
Bir aylıq karantindən sonra Jorikin yeni evi Uşaq Zooparkının içərisindəki rahat bir fermada, Kamerun keçilərinin yanında yerləşən məkan olub.