2022-ci il "Miss Rusiya" gözəllik müsabiqəsinin qalibi Anna Linnikova Bali adasında qaçırılaraq təcavüzə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Zərərçəkmişin sözlərinə görə, bir kişi onu villasında saxlayıb, telefonunu alıb və zorlamaqla hədələyib. Model iddia edir ki, "heç nə olmayıb", amma bu, ona psixoloji təsir edib.
Linnikova polisə ərizə yazmaq üçün bütün günü tərcüməçi axtarmağa sərf edib. O, hücum edən şəxsin deportasiya olunacağına və ya həbs olunacağına ümid edir.
Xatırladaq ki, Linnikova əvvəllər taksi sürücüsünün onu səhv yerə apardıqdan sonra ona hücum etdiyini bildirmişdi. Hadisədən sonra aqressiv sürücünün çalışdığı taksi şirkəti Linnikovanın gediş haqqını geri qaytaracağını açıqlamışdı.
(Publika)