Media: Almaniyada viza dələduzluğu halları artır
Dünya
575
09:44, Bu gün

Media: Almaniyada viza dələduzluğu halları artır

Üçüncü ölkələrin vətəndaşları Almaniyaya gələ bilmək üçün daha tez-tez saxta yollarla viza əldə etməyə çalışırlar.

Moderator.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr yazır ki, son illərdə Federal polis saxta yollarla viza alanların sayında ciddi artım qeydə alıb. Bu yola əl atanlar əksər hallarda “Almaniyadan sığınacaq almaq istəyirlər”. 2025-ci ilin ilk 10 ayında 5569 nəfərin şübhəli yolla viza əldə etdiyi aşkar olunub.

Nəşrin məlumatına görə, Almaniya bu məsələdə yeganə Şengen zonası ölkəsi deyil. Oxşar tendensiya Fransa, İtaliya və Yunanıstanda da müşahidə olunur.

Link kopyalandı!
Son xəbərlər