12:55
10°C
Bakı
“ABŞ Prezidenti Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb”.
Moderator.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz razılaşdıq ki, komandalarımız yaxın həftələrdə görüşərək müzakirə olunan bütün məsələləri yekunlaşdırsınlar. Trampla razılığa gəldik. O bizi yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə Vaşinqtonda qəbul edəcək”, - Zelenski bildirib.
Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndələri arasında görüşün gələn həftə baş tutacağını yazıb: “Komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşəcəklər”.