Tailandda iş adamına 12 əsr həbs cəzası verildi
Dünya
454
09:07, Bu gün

Tailandda iş adamına 12 əsr həbs cəzası verildi

Tailand məhkəməsi maliyyə fırıldaqçılığına görə ölkə tarixində ən ağır cəzalardan birini verərək təqsirləndirilən şəxsi 12 əsrdən çox müddətə həbsə məhkum edib.

Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, Banqkok məhkəməsi tanınmış iş adamı Prasid Cevkoku təqsirli bilib və onu irimiqyaslı saxta kredit-investisiya sxemləri təşkil etdiyinə görə 1 210 il həbs cəzasına məhkum edib.

Lakin əslində onun həbsi 20 ildən çox çəkməyəcək. Çünki Tailand qanunvericiliyi ilə icazə verilən maksimum cəza müddəti məhz bu qədərdir.

Maraqlıdır ki, bu, Cevkok barədə çıxarılan ilk məhkumluq qərarı deyil. 2023-cü ilin iyul ayında məhkəmə onu başqa bir fırıldaqçılıq işi üzrə 1 155 il həbs cəzasına məhkum etmişdi.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər