İndoneziyada qocalar evində baş verən yanğında 16 nəfər ölüb
2775
29 Dec 2025 | 09:03

İndoneziyada qocalar evində baş verən yanğında 16 nəfər ölüb

İndoneziyanın Şimali Sulavesi əyalətinin paytaxtı Manadoda qocalar evində baş verən yanğında ən azı 16 nəfər ölüb, daha 3 nəfər yanıb.

Moderator.az bu barədə yerli "Antara" dövlət xəbər agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, yaşlı insanlar yanan binanın içində qalıblar. Polis ölən şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır.

Səlahiyyətlilər hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara başlayıb.

 

(report)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər