Belqradın mərkəzində yarımtonluq bomba tapıldı
Dünya
203
28 Dec 2025 | 23:38

Belqradın mərkəzində yarımtonluq bomba tapıldı

Serbiyanın paytaxtı Belqradın mərkəzindəki tikinti sahəsində İkinci Dünya müharibəsindən qalma 470 kiloqramlıq bomba zərərsizləşdirilib.

Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, bu, ABŞ istehsalı AN-M44 bombasıdır. Sursat 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsi zamanı müttəfiqlərin Almaniya ordusunun mövqelərinə hava hücumlarında istifadə edilib.

Polis bildirib ki, yaşayış sahəsi və ticarət mərkəzinin yaxınlığında yerləşən tikinti ərazisi əməliyyatın təhlükəsizliyini təmin etmək üçün hərtərəfli yoxlanılıb. Sakinlərdən mümkün olduqda avtomobillərini ərazidən götürmələri və evlərini tərk etmələri xahiş olunub.

Bomba Belqraddan 180 km məsafədə yerləşən hərbi sınaq poliqonuna daşınıb və yaxın günlərdə orada məhv ediləcək.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər