02:33
3°C
Bakı
Avropa ölkələri Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərində fəal iştirak edəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Təhlükəsizlik sahəsində görülə biləcək tədbirlər və təmin olunacaq avadanlıqlar nəzərdən keçirləcək. Bu, davamlı bir razılaşma olacaq. Avropa ölkələri bu prosesdə fəal iştirak edirlər", - deyə Tramp əlavə edib.
O bildirib ki, Ukraynadakı münaqişənin həlli Kiyevə əhəmiyyətli iqtisadi fayda gətirə bilər.
"Müharibənin həllinin Ukrayna üçün də əhəmiyyətli iqtisadi faydaları var. Qarşıda onları böyük yenidənqurma işləri gözləyir. Həmçinin ölkənin əhəmiyyətli resursları var", - deyə ABŞ Prezidenti vurğulayıb.