İsrail ordusu yeni lazer silahı əldə edib
Dünya
268
28 Dec 2025 | 22:08

İsrail ordusu yeni lazer silahı əldə edib

İsrail Müdafiə Nazirliyi orduya "Dəmir şüa" lazer silahını təhvil verib. Bu sistem "Rafael Advanced Defense Systems" tərəfindən istehsal olunub.
 
Bu barədə stmegi.com saytı məlumat yayıb.
 
Genişmiqyaslı sınaqlar zamanı raketləri, minaatan mərmilərini və dronları uğurla məhv edən sistem Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilib və İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə inteqrasiya olunub.
 
Müdafiə naziri İsrael Katz lazer silahının "oyunun qaydalarını dəyişdirəcəyini" bildirib.(oxu.az)
Link kopyalandı!
Son xəbərlər