Lukaşenko hokkey matçı zamanı yıxıldı
Dünya
271
28 Dec 2025 | 20:59

Lukaşenko hokkey matçı zamanı yıxıldı

Belarus Prezidenti Aleksandr Lukaşenko hokkey matçı zamanı buz üzərində yıxılıb.
 
Dövlət başçısının komandası Brest vilayətinin komandası arasında qarşılaşma baş tutub.
 
Lukaşenko təsadüfən öz komanda yoldaşı ilə təmas nəticəsində yerə yıxılıb. Belə ki, Belarus millisinin və Ufanın "Salavat Yulaнev" klubunun sabiq üzvü Yaroslav Çupris mərkəzdən arxaya doğru hərəkət edərkən prezidenti görməyib. Lakin insident sonrası o, dərhal çubuğunu yerə atıb və Lukaşenkonun ayağa qalxmasına kömək edib.
 
Oyun 5-5 hesablı heç-heçə ilə başa çatıb. Prezidentin oğlu Nikolay Lukaşenko son qolu vuraraq komandasını məğlubiyyətdən xilas edib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər