Bizi sosial şəbəkələrdən izləyin:
Şimali Koreya lideri Kim Çen In 2025-ci il ərzində çox sayda ictimai tədbirdə iştirak edib. O, tədbirlərin sayına görə son doqquz ilin rekordunu qırıb.
Şimali Koreyanın dövlət mediası Kim Çen Inın iştirakı ilə 131 ictimai tədbiri qeydə alıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir və ötənilki səviyyədən (127 tədbir) bir qədər yüksəkdir.
2020-ci ildəki pandemiya Kim Çen Inın ictimai çıxışlarının sayını 55-ə endirsə də, son illərdə onun fəaliyyəti durmadan artıb. Bu il onun ictimai fəaliyyəti rəsmi mərasimlər, yerində yoxlamalar, görüşlər, eləcə də hərbi tədbirlərdə iştirakdan ibarət olub.(oxu.az)