Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-a səfəri zamanı Qəzza zolağında başqa bir hərbi əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, prezident Donald Trampla danışıqlar aparması gözlənilən Netanyahu sülh planının növbəti mərhələsinə razılıq verməzdən əvvəl Qəzza zolağında əlavə əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər.
Telekanalın iddiasına görə belə bir əməliyyat İsrailin baş nazirinə son güc nümayişi kimi lazımdır ki, bundan sonra daha böyük güzəştlərə getməzdən əvvəl tərəfdaşlarını razı sala bilsin.