Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir
Dünya
288
13:21, Bu gün

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Kosovoda bir il davam edən siyasi dalanı aradan qaldırmaq məqsədilə növbədənkənar parlament seçkilərində səsvermə keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə informasiyanı Aljazeera yayıb.

Məlumata görə, ölkə son 11 ay ərzində ikinci dəfə yeni parlament seçir. Millətçi mövqeyi ilə tanınan baş nazir Albin Kurti və onun partiyası parlamentdə çoxluğu əldə edərək siyasi böhranı sona çatdırmağa çalışır.


Seçki məntəqələri bazar günü yerli vaxtla saat 07:00-da açılıb və saat 19:00-da bağlanacaq. Səsvermə başa çatdıqdan qısa müddət sonra exit-poll nəticələrinin açıqlanacağı gözlənilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri baş nazir Albin Kurtinin rəhbərlik etdiyi Özünümüdafiə Hərəkatı partiyasının fevralın 9-da keçirilən səsvermədə ən çox səs toplamasına baxmayaraq hökumət qura bilməməsindən sonra elan edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər