14:13
6°C
Bakı
Myanmada son beş ildə ilk dəfə olaraq ümumi seçki başlayıb.
Moderator.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bazar günü seçkinin birinci mərhələsi - 330 seçki dairəsindən 102-də səsvermə keçirilir.
Ümumilikdə səsvermənin üç mərhələdə keçirilməsi nəzərdə tutulub. İkinci mərhələ gələn il yanvarın 11-nə, üçüncü mərhələ isə yanvarın 25-nə planlaşdırılıb. Nəticələrin fevral ayına qədər məlum olacağı gözlənilir.
Seçkidə 57 partiyadan 4 800 namizəd iştirak edir. Vətəndaşlar Myanma parlamentinin (Birlik Assambleyası) deputatlarını və yerli qanunverici orqanların nümayəndələrini seçirlər.