14:53
5°C
Bakı
Fransa polisi Eyfel qülləsinin yaxınlığında tüstü bombalarından istifadə edilməsindən və fişənglərin atılmasından sonra 40 nəfəri saxlayıb.
Moderator.az bildirir ki, BFMTV telekanalı bu barədə hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Jurnalistlərin məlumatına görə, pirotexnika Varsovi meydanında və Trokadero meydanında istifadə olunub.
Telekanal dəqiqləşdirib ki, hüquq-mühafizə orqanları baş verənləri videomüşahidə kameralarında gördükdən sonra vəziyyətə müdaxilə ediblər.