Reklam təyyarəsi Rio-de-Janeyroda okeana düşdü: Pilot həlak oldu
Dünya
706
11:05, Bu gün

Reklam təyyarəsi Rio-de-Janeyroda okeana düşdü: Pilot həlak oldu

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyi yaxınlığında "Cessna 170A" markalı reklam təyyarəsi Atlantik okeanının sularında qəzaya uğrayıb.

Moderator.az bu barədə "abcnews" portalına istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hava gəmisi qəzaya uğramazdan əvvəl aydın şəkildə partlayış səsi eşidilib.

Hadisə yerinə dərhal Rio-de-Janeyro yanğından mühafizə xidmətinin xilasetmə qrupları gəlib. Xilasetmə əməliyyatına hidrosikllər, rezin qayıqlar, peşəkar dalğıclar və aviasiya dəstəyi cəlb olunub.

Pilot Luis Rikardonun cəsədi aviasiya qəzasından iki saat sonra akvalanqçılar tərəfindən sudan çıxarılıb. Bu, Rikardonun reklam banneri yedəyə almaqla həyata keçirdiyi ilk müstəqil uçuşu idi.

Qəzaya uğramış "Cessna 170A" təyyarəsi yerli reklam şirkətlərindən birinə məxsus olub.

 

Reklam təyyarəsi Rio-de-Janeyroda okeana düşdü: Pilot həlak oldu

Reklam təyyarəsi Rio-de-Janeyroda okeana düşdü: Pilot həlak oldu

 

(Oxu.az)

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər