13:27
6°C
Bakı
İsveçdə tüğyan edən "Yohannes" qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb.
Moderator.az bu barədə "Dagens Nyheter" qəzetinə istinadən xəbər verir.
Ölkənin böyük hissəsində güclü küləklər müşahidə olunur. Bəzi rayonlarda küləyin sürəti saniyədə 45 metri ötüb. Aşmış ağaclar iri magistrallarda və kiçik yollarda çoxsaylı tıxaclara səbəb olub.
"Təkcə mərkəzi İsveçdə mindən çox ağac aşıb, bəzi yerlərdə biz hətta işləri dayandırmışıq, çünki bu, təmizləmə ilə məşğul olanlar üçün təhlükəlidir", - deyə Nəqliyyat İdarəsinin nümayəndəsi Denni Eriksson bildirib.
İdarə sürücüləri fırtına sakitləşənədək evdə qalmağa çağırır.