Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi
Dünya
277
00:21, Bu gün

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 yaşlı Kerolayn Levitt ikinci övladına hamilədir və vəzifəsini tərk etmədən fəaliyyətini davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu fakt onu ABŞ tarixində hamilə olduğu halda Ağ Evin mətbuat katibi postunu icra edən ilk şəxsə çevirir.

Məlumata görə, Levitt 60 yaşlı həyat yoldaşı — daşınmaz əmlak sahəsində fəaliyyət göstərən sahibkar Nikolas Riççiodan ikinci uşağını gözləyir. O, Milad ağacı önündə ağ sviter-əlbisədə çəkilmiş fotosunu paylaşaraq hamiləliyini ictimaiyyətə açıqlayıb.

Cütlüyün hazırda 18 aylıq Niko adlı oğlu da var. Fox News-un məlumatına əsasən, Levitt hamiləliyinə baxmayaraq mətbuat katibi vəzifəsində qalacaq və bu, Ağ Ev tarixində presedent sayılır.

Qeyd edək ki, Kerolayn Levitt hazırda ABŞ administrasiyasında ən gənc mətbuat katiblərindən biridir.

 

(Musavat)

Link kopyalandı!
Son xəbərlər