22:36
9°C
Bakı
İstanbulun Esenyurt rayonunda qadın işçiləri daşıyan xidməti avtobus yağışlı hava səbəbindən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və polis briqadası cəlb olunub. Qəza nəticəsində 4 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, qəzada 4 nəfər hadisə yerində dünyasını dəyişib. Yaralanan 7 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma davam edir.