Qvatemalada avtobus dərəyə yuvarlandı: Azı 15 ölü, xeyli yaralı var
Dünya
1324
19:52, Bu gün

Qvatemalada avtobus dərəyə yuvarlandı: Azı 15 ölü, xeyli yaralı var

Qvatemalada magistral yolda baş verən avtobus qəzasında ən azı 15 nəfər ölüb, 19 sərnişin yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə yerində müvafiq qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Zərərçəkənlər xəstəxanalara aparılıb.

İlkin məlumata görə, qəza zamanı avtobus təxminən 75 metr dərinliyindəki dərəyə yuvarlanıb. Hadisə qatı duman səbəbindən baş verib və mövcud hava şəraiti həm də xilasetmə işlərini xeyli çətinləşdirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər