20:47
9°C
Bakı
İtaliya hüquq-mühafizə orqanları HƏMAS hərəkatını maliyyələşdirməkdə şübhəli bilinən doqquz nəfəri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Saxlanılanlar arasında İtaliyada fəaliyyət göstərən Fələstin təşkilatının rəhbəri Məhəmməd Hannun da var. Onun HƏMAS-ın İtaliyadakı liderlərindən biri olduğu güman edilir.
Şübhəlilər terror fəaliyyətlərini maliyyələşdirməkdə ittiham olunurlar. Saxlanılanların müxtəlif yollarla hərəkata 7 milyon avro köçürdükləri iddia olunur.