17:51
8°C
Bakı
Türkiyədə kişi arvadını və oğlunu öldürüb.
Hadisə Şanlıurfanın Siverek qəsəbəsində baş verib.
Yaşadıqları evdə 65 yaşlı R.S. ilə arvadı, onunla eyni yaşda olan İ.S. və 29 yaşlı oğlu R.S. arasında mübahisə yaşanıb. Mübahisə zamanı kişi tapança ilə arvadını və oğlunu güllələyib. Xəstəxanaya aparılan yaralılar yolda ölüblər.
Hadisə yerindən qaçan R.S. isə polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

(Lent.az)