İran və Şimali Koreya arasında gizli maliyyə əlaqələri aşkarlandı
Dünya
197
15:45, Bu gün

İran və Şimali Koreya arasında gizli maliyyə əlaqələri aşkarlandı

Cənubi Koreyada yayımlanan hesabata görə, İran və Şimali Koreya arasında çirkli pulların yuyulması ilə bağlı gizli maliyyə əlaqələri üzə çıxıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Araşdırmada bu əməliyyatların kriptovalyutalar vasitəsilə həyata keçirildiyi bildirilir.

"Chosun" qəzetinin yazdığına görə, Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarılan Şimali Koreya vətəndaşı Sim Hyun Sup bu şəbəkədə əsas fiqurlardan olub.

"TRM Labs" şirkətinin araşdırmasına əsasən, 2025-ci ilin fevralında onun nəzarətində olan kriptovalyuta pulqabından İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli ünvanlara ən azı 67 min dollar köçürülüb.

Məlumata görə, İran bu yolla sanksiyalardan yayınaraq vəsaitləri dollara çevirmək və hətta neft ticarətində istifadə etmək imkanı qazanıb.

Hesabatda qeyd olunur ki, Sim Hyun Sup uzun müddət Küveyt və BƏƏ-də fəaliyyət göstərib, "Sim Əli" və "Sim Hacim" adları ilə özünü təqdim edib və Şimali Koreyanın Xarici Ticarət Bankı ilə əlaqəli olub.

Link kopyalandı!
Son xəbərlər