Litva piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxdı
Dünya
148
15:20, Bu gün

Litva piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxdı

Litva Piyadalar Əleyhinə Minaların İstifadəsinin, İstehsalının, Toplanmasının və Daşınmasının Qadağan Olunması və Onların Məhv Edilməsi Haqqında Konvensiyadan (Ottava Konvensiyası) rəsmi olaraq çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Zəruri prosedurlar üçün son tarix dekabrın 27-də başa çatıb. BMT baş katibinə konvensiyadan çıxmaq barədə bildirişin göndərilməsindən altı ay keçib", - deyə nazirliyin məlumatında bildirilib.

Konvensiyadan çıxmaq, bu tip sursatların istifadəsinə, saxlanmasına və istehsalına icazə veriləcəyi deməkdir. Litva müdafiə nazirinin müavini Karolis Aleksa daha əvvəl bildirib ki, Ottava Konvensiyasından çıxdıqdan sonra ölkəsi 2026-cı ildə öz ehtiyacları və Ukraynaya ötürülməsi üçün Finlandiya ilə birlikdə piyada əleyhinə minaların istehsalını qurmağı planlaşdırır.

Bildirilib ki, bu məqsədlə yüz milyonlarla avro ayrılacaq. Piyada əleyhinə minalardan əlavə, tərəfdaşlar tank əleyhinə minalar da istehsal etmək niyyətindədirlər.

Qeyd edək ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və 164 dövlət həmin anlaşmaya qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, bu silahlar çox sayda mülki şəxsin ölümünə səbəb olur və hərbi əməliyyatlar bitdikdən sonra da uzun müddət təhlükə yaratmağa davam edir.

Link kopyalandı!
Son xəbərlər