KİV: Tramp və Zelenski görüşdən əvvəl Avropa liderləri ilə telefon danışığı aparacaq
Dünya
360
14:50, Bu gün

KİV: Tramp və Zelenski görüşdən əvvəl Avropa liderləri ilə telefon danışığı aparacaq

ABŞ və Ukrayna prezidentləri Floridada görüşdən əvvəl Avropa liderləri ilə telefon danışığı aparacaqlar.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ Avropa Komissiyası nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıq bu gün baş tutacaq və telekonfransda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edəcək.

Xatırladaq ki, Ukrayna və ABŞ liderlərinin görüşü Trampın Mar-a-Lago iqamətgahında sabah yerli vaxtla 15:00-da başlayacaq.

Link kopyalandı!
Son xəbərlər