Dünya
1531
14:00, Bu gün

"Rusiya Ukraynaya kombinə edilmiş zərbələr endirdi: əsas hədəf Kiyevdir" - "Deutsche Welle"

"Raket və PUA hücumları paytaxtda yanğınlara, genişmiqyaslı işıq və istilik kəsintilərinə səbəb olub..."

Rusiyanın dekabrın 27-nə keçən gecə Ukraynaya qarşı həyata keçirdiyi kombinə edilmiş hücumların əsas hədəfi Kiyev olub. 

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hücumlarda ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilib. Zərbələr istilik-elektrik mərkəzlərini də əhatə edib.
Kiyev meri Vitali Kliçkonun "Telegram kanal"ında verdiyi məlumata əsasən, paytaxtda azı 19 nəfər xəsarət alıb, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Qoloseyevski rayonda avtomobil təmir stansiyasında yanğın baş verib, Obolon və Desnyanski rayonlarında isə PUA və raket qalıqları düşüb.

Yaşayış binalarında yanğınlar və təxliyə

Kliçkonun sözlərinə görə, Darnitski rayonda 24 və 18 mərtəbəli yaşayış binaları, eləcə də bir neçə fərdi ev yanıb. Yanğının qocalar evinə keçmə təhlükəsi səbəbilə 10 nəfər təxliyə edilib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bir neçə rayonda fərdi yaşayış evlərində və obyektlərdə yanğınların baş verdiyini təsdiqləyib.

Kiyevin üçdə biri işıqsız və istiliksiz qalıb

Ukrayna KİV-lərinin yazdığına görə, hücumdan sonra Kiyevin bir hissəsində elektrik, su və istilik təchizatı kəsilib. İlkin məlumatlara əsasən, Rusiya "Kalibr" və "Kinjal" raketlərindən istifadə edib. Rəsmi açıqlamaya görə, şəhərin təxminən üçdə biri istiliksiz qalıb: 2600 yaşayış binası, 187 uşaq bağçası, 138 məktəb və 22 sosial müəssisə təsirə məruz qalıb. Energetiklər bərpa işlərini davam etdirir.

Kiyev vilayətində ölən var, Polşa HHM hazır vəziyyətə gətirilib

Kiyev vilayətində Belaya Tserkov rayonunda 47 yaşlı qadın həlak olub, bir kişi yaralanıb. Vışqorod rayonunda isə beş nəfər kəskin stress reaksiyası alıb. Hücumların fonunda Polşada təhlükəsizlik tədbirləri gücləndirilib, Lyublin və Jeşuv hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Polşa Silahlı Qüvvələri hava məkanının qorunması məqsədilə qırıcıları havaya qaldırıb və HHM sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər