16:35
9°C
Bakı
Rusiyanın Yakutsk bölgəsində donmuş çayın üzəri ilə gedən avtomobil buzun sınması nəticəsində suya düşüb, biri uşaq olmaqla üç nəfər olüb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.
Məlumata görə, avtomobildə səkkiz nəfər olub. Hadisə zamanı maşında onlardan beş nəfər buzun atına düşməkdən qurtula biliblər. Hazırda dalğıclar ölən üç nəfərin axtarışlarını davam etdirirlər.
Xəbərdə qeyd edilir ki, "Toyota Estima" markalı avtomobil Lena çayının üzərində hərəkət edərkən nazik buz qırılıb və maşın suya düşüb.